<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Tanrıdan sən əfv istəsən, tez taparsan çıxış yolun;
 Pak olarsan həmin gündən, olarsan Allahın oğlu.

[C1]
   Yeni həyat yolu başlar, şükür edərsən Allaha,
   Lütfü hər gün təzələnər, ümidlə baxarsan sabaha.

[V2]
 Rəbbin sonsuz məhəbbəti sonadək qoruyar səni,
 Rəbb çağırır hər milləti, xilas edər istəyəni.

[C2]
   Onu sevən hər bir insan sonsuz ümidlə yaşayar,
   «Məsihi» adı daşıyar, gözəldir Rəbb ilə hər an.

[V3]
 Bu gün İsada xoşbəxtəm, İsa mənim Allahımdır,
 Onun yoluyla gedirəm, mənim Xilaskarımdır.

[C3]
   Məni övlad eylədin Sən, Sənsən məni azad edən,
   Səni sevirəm ürəkdən, Allahımsan, Rəbbimsən Sən.</lyrics>
<title>Tanrıdan sən əfv istəsən, tez taparsan çıxış yolun İL337</title>
<hymn_number>337</hymn_number>
</song>